AZ

İsrail İranda 720 obyektə zərbə endirib

İsrail İranda 720 obyektə zərbə endirib

İsrail İranda 170 strateji hədəfi vurdu: Müdafiə və enerji obyektləri məhv edilib

İsrail ordusunun İrana qarşı başladığı genişmiqyaslı əməliyyat çərçivəsində ölkənin hərbi və nüvə infrastrukturuna aid 170-dən çox hədəf vurulub.

AFN.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Bildirilir ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçay Ədrai əməliyyatda təxminən 50 döyüş təyyarəsinin iştirak etdiyini bildirib. Ümumilikdə 720 obyektə zərbə endirilib. Bu obyektlərin bir qismi İranın hava hücumundan müdafiə sistemlərinə, digər qismi isə nüvə proqramı ilə əlaqəli sahələrə aiddir.

Mənbələrin məlumatına görə, İsrail təyyarələri Tehran üzərindən keçib, sosial şəbəkələrdə gecə partlayışlar və aviasiya fəallığı ilə bağlı görüntülər yayılıb.

İran tərəfi açıqlama verərək bildirib ki, hücumlar nəticəsində həyatını itirənlərin əksəriyyəti mülki şəxslərdir, o cümlədən qadınlar və uşaqlar var. Lakin ölənlərin sayı hələlik açıqlanmayıb.

İsrail, həmçinin İran ərazisindəki potensial cavab zərbəsi hədəfi ola biləcək obyektlərin yaxınlığında yerləşən yaşayış məntəqələrindən əhalinin təxliyə edildiyini də bəyan edib.

Hədəf alınan obyektlər arasında İsfahan şəhərində yerləşən İran Müdafiə Nazirliyinə məxsus mərkəz, eləcə də Şiraz şəhərində radar və hərbi elektronika istehsal edən "Shiraz Electronics" zavodu da var. CNN-in məlumatına görə, həmin zavod tamamilə məhv edilib.

İsrail Müdafiə Qüvvələrinin açıqlamasına əsasən, cümə günündən etibarən İranda 720 hədəfə ümumilikdə 250-yə yaxın zərbə endirilib.

Seçilən
72
50
afn.az

10Mənbələr