AZ

Şakira ABŞ-yə nə üçün köçdüyünü açıqladı

Kolumbiyalı müğənni Şakira ABŞ-yə köçməsi və bu ölkədə mühacir kimi yaşaması təcrübəsindən danışıb.

"Ölkə.az" xəbər verir ki, Şakira ABŞ-də mühacirlərin daim qorxu içində yaşadıqlarını bildirib. Müğənni ABŞ-yə gələn insanlara ədalət və azadlıq prinsipləri əsasında rəftar ediləcəyinə ümid etdiyini söyləyib. O qeyd edib ki, müasir dövlətlərin çoxu immiqrantların zəhməti sayəsində qurulub.

Müğənni ingilis dilində mahnı oxumaq məqsədilə 19 yaşında ABŞ-yə gəldiyini deyib. O, həmin vaxt ingilis dilini bilmədiyini etiraf edib.

Şakira, həmçinin bildirib ki, mühacirlər humanist münasibətə nail olmaq üçün birləşməlidirlər. O hesab edir ki, Ağ Evin immiqrasiya siyasətini dəyişmək hüququ var, lakin bu zaman əcnəbilərlə ləyaqətlə davranılmalıdır.

Seçilən
11
paralel.az

1Mənbələr