AZ

Dövlətçiliyimizin xilas günü

Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini və milli birliyini qoruyaraq, gələcək inkişaf yolunu müəyyənləşdirən mühüm tarix – Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edirik!

1993-cü ilin bu günü Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı, ölkəmizin tarixində dönüş nöqtəsi oldu. Dövlətçiliyimizin xilası, sabitliyin və inkişafın əsası məhz bu gün qoyuldu. Bu gün müasir və güclü Azərbaycanın formalaşmasında mühüm rol oynamış, xalqımızın qurtuluş günü kimi əbədi yaddaşlara həkk olunmuşdur.

Bu gün Azərbaycan dünya birliyinin nüfuzlu üzvünə çevrilmiş, güclü orduya, inkişaf edən iqtisadiyyata və müstəqil siyasətə malik bir dövlət kimi yoluna davam edir. Heydər Əliyev siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh, firavanlıq və davamlı tərəqqi arzu edirik!

İndira Şəmsivari

İctimai xadim

Seçilən
12
sabahinfo.az

1Mənbələr