İtaliyanın “Tuttomercato” saytında yayılan xəbərə görə, “İnter” klubunun futbolçusu Hakan Çalhanoğlunun meneceri Qordon Stipiç yaxın günlərdə İstanbula gələcək.
Xəbərdə qeyd olunur ki, “İnter” klubunun istədiyi məbləğ təklif olunduğu halda, futbolçunun satışına razılıq veriləcək.
Sherg.az xəbər verir ki, Hakan Çalhanoğlunun adı isə “Qalatasaray”la hallanır.
İtaliya mətbuatı yazır: “Okan Burukun baş məşqçi olduğu "Qalatasaray" yenidən beynəlxalq transfer bazarının krallarından birinə çevrilməyi qarşısına məqsəd qoyub”.
Son olaraq Leroy Saneni heyətinə qatan “Qalatasaray”, “İnter”in yüksək məbləğdə transfer tələbinə baxmayaraq, Çempionlar Liqası üçün heyət qurmaq naminə bütün imkanlarını səfərbər edəcək.
Çalhanoğlunun adı eyni zamanda Avropa və Ərəbistan klubları ilə də tez-tez hallanır. O, ardıcıl iki dəfə komandası ilə Çempionlar Liqasının finalında kuboku qazanmağa yaxın olsa da, bu hədəfə çata bilməyib.