AZ

İrandan Cənubi Kipr vasitəsilə İsrailə mesaj

İrandan

Cənubi Kipr Rum İdarəsinin (CKRİ) lideri Nikos Hristodulidis bəyan edib ki, İran onlardan İsrailə bir mesaj çatdırmalarını istəyib və o, bu mesajı İsrailin Baş naziri Benyamin Netanyahoya çatdıracaq.

Xalqcebhesi.az Cyprus Mail qəzetinə istinadən xəbər verir ki, Hristodulidis jurnalistlərə açıqlamasında gün ərzində Netanyahu ilə telefon danışığı aparacağını bildirib. Onun sözlərinə görə, bölgədəki toqquşmalar səbəbilə dünən axşam baş tutmalı olan danışıq bu günə təxirə salınıb.

Hristodulidis əlavə edib ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə də görüşlər keçirəcək.

Cənubi Kiprdə yerləşən Britaniya hərbi bazaları ilə bağlı sualı cavablandıran Hristodulidis, bu bazaların istifadə edilmədiyini və Britaniya tərəfinin də bunu daha əvvəl bildirdiyini deyib.

Son dövrlərdə CKRİ-də təhlükəsizlik səviyyəsinin ən yüksək həddə qaldırılması və sığınacaqların hazırlanmasının səbəbi kimi, Cənubi Kiprin Qəzza, Livan və İrandan gələn hücumlara baxmayaraq İsrailə tam dəstək verməsi və bölgədə yerləşən “Böyük Britaniyaya məxsus suveren hərbi bazalar” göstərilir.

Məryəm Quliyeva

Seçilən
21
2
xalqcebhesi.az

10Mənbələr