"Milan"ın hücumçusu Luka Yoviç komandadan ayrılacaq.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.
27 yaşlı futbolçunun bu ayın sonunda başa çatacaq müqaviləsi artırılmayacaq.
Serbiyalı futbolçu 2023-cü ilin sentyabrında "Milan"a keçib. İtaliya çempionatının ötən mövsüm o, 15 oyunda iştirak edib və 2 qol vurub