AZ

Bakı Qazax sürət qatarından danışan Azər Fərəcov: Sərnişinlərimiz üçün 240 dan artıq yer var

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Bildiyiniz kimi, əvvəllər qatar Bakıdan Qazaxa səkkiz saat yarıma hərəkət edirdi. Hazırda istifadəmizdə olan qatar yolu beş saat yarıma qət edəcək. Sərnişinlər İsveçrənin Stadler Reil qrup şirkətinin istehsal etdiyi "Stadlaer Rail" qatarları ilə səyahət edəcəklər".

Bu sözləri BAKU.WS-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

O qeyd edib ki, stansiyanın açılması Ağstafa -Qazax yolunun əsaslı təmiri və bərpası həyata keçirəndən sonra mümkün olub.

"Qazax stansiyasından səhər saat 08-00-da və axşam saat 16:20-də Bakı istiqamətində qatarlar hərəkət edəcək. Sərnişinlərimiz üçün 240-dan artıq yer var. Siniflər olaraq baxdıqda standart biznes və birinci sinif yerlər mövcuddur. Biletlərin qiymətinə gəldikdə Azərbaycan Dəmir Yolları ötən ildən dinamik qiymət siyasətinə keçmişdir və bu alış tarixinə və s meyarlara əsasən dəyişir. 

 Minimal qiyməti 16 manat 20 qəpik təşkil ediləcək" -deyə qurum rəsmisi yeni qatarla bağlı detalları da açıqlayıb. 

Xatırladaq ki, bu gün ilk dəfə Bakı-Qazax-Bakı sürət qatarı sərnişinlərin istifadəsinə verilib. 

Bakı-Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
baku.ws

2Mənbələr