Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb”.
Yeniavaz.com xəbər verir ki, bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
Xatırladaq ki, iyunun 13-ə keçən gecə İsrail İrana qarşı “Aslan milləti” hərbi əməliyyatını başladıb və bu ölkənin nüvə obyektlərinə, eləcə də yüksək rütbəli hərbçilərinin yaşadıqları ərazilərə hava zərbələri endirib. İran isə cavabında əvvəlcə pilotsuz uçan aparatlar, daha sonra isə uzaqmənzilli ballistik raketlərlə İsrail ərazilərini atəşə tutub. Hər iki tərəfdən onlarla ölən və yaralanan var. Münaqişə davam edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.