"Qarabağ"ın 13 yaşlılardan ibarət komandası Bolqarıstanda təşkil olunan "Sozopol Cup 2025" turnirinin finalına vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, ağdamlılar bu gün yarımfinalda Sofiyanın "Levski" klubundan olan həmyaşıdlarına qalib gəliblər.

Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. 

Penaltiləri daha dəqiq yerinə yetirən (4:3) "Qarabağ" finala yüksəlib.

Qeyd edək ki, yeniyetmə futbolçularımız yarışın A qrupunda Bolqarıstanın 5 kollektivi ilə mübarizə aparıblar. "Qarabağ" "Septemvri" (1:0), "Olimpia" (5:1), "Etar" (0:1), " Ludoqorets" (1:1) və "Botev"lə (2:0) matçlardan sonra 10 xal toplayaraq 2-ci yerin sahibi qismində yarımfinala çıxmışdı.