AZ

Qrizmann səbirsizdir

“Atletiko”nun futbolçusu Antuan Qrizmann Klublararası Dünya Çempionatında bu gün PSJ-yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “RMC Sport”a danışan fransalı hücumçu bunları deyib:

“PSJ ilə matçı səbirsizliklə gözləyirik. Başa çatan mövsümdə Çempionlar Liqasında onlara çətinlik yaratmışdıq. Komandama inanıram və ümid edirəm ki, əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

PSJ – “Atletiko” matçı saat 23:00-da başlayacaq. “Atletiko” B qrupunda PSJ ilə yanaşı, “Botafoqo” və “Sietl Saunders”lə mübarizə aparacaq.

Seçilən
12
futbolpress.az

1Mənbələr