"Əl-Nəsr"in baş məşqçisi Stefano Pioli vəzifəsindən ayrılacaq.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis yenidən ölkəsində çalışacaq. O, "Fiorentina" ilə razılığa gəlib.

Təcrübəli baş məşqçi Florensiya klubu ilə 3 illik müqavilə imzalayacaq.

Pioli ötən ilin sentyabrından Səudiyyə Ərəbistan klubunu çalışdırırdı. 

O, 2021/22 mövsümündə "Milan"ı İtaliya çempionu edib.