AZ

İsrail XİN başçısı: İrandakı əməliyyatlar hədəflərə çatana qədər dayanmayacaq

BAKI, 15 iyun. TELEQRAF

İsrail xarici işlər naziri (XİN) Gideon Saar və alman həmkarı Yohan Vadeful arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.

Danışıq zamanı Saar bildirib ki, İsrail ordusunun İrandakı əməliyyatı davam edəcək və hələ də yerinə yetirilməli olan mühüm hədəflər var.

O bildirib ki, İran qəsdən mülki insanları hədəfə alır və bu, beynəlxalq hüquqla tamamilə qadağandır:

"İsrail isə hərbi obyektlərə və İranın nüvə proqramı ilə məşğul olmağa fokuslanıb".

O, həmçinin Almaniyanın İsrailə verdiyi dəstəyə görə həmkarına təşəkkür edib.

Seçilən
6
teleqraf.com

1Mənbələr