AZ

Türkiyədə iki hava şarı qəza törətdi: 1 ölü, 19 yaralı

Türkiyənin Aksaray şəhərində baş verən hava şarı qəzası faciə ilə nəticələnib.

Milli.Az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, iki hava şarı naməlum səbəbdən yerə çırpılıb.

Hadisə nəticəsində 1 nəfər həlak olub, daha 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların vəziyyəti və qəzanın dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Kənan
Milli.Az

Seçilən
23
50
milli.az

10Mənbələr