ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
MOSSAD-ın 13 iyun hücumundan öncə İranda dron bazası yaratmaq üçün gizli əməliyyatı haqqında növbəti məlumat yayılıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazıb.
“MOSSAD aylardır İrana yüzlərlə pilotsuz uçan aparat və onlara qoşulmuş partlayıcılar göndərib. PUA-lar yük maşınlarında, çamadanlarda və konteynerlərdə ticarət kanalları ilə gətirilib.
Hücum günü MOSSAD qrupları İranın hava hücumundan müdafiə mövqeləri və raket buraxılış məntəqələri yaxınlığında mövqe tutaraq onlara güclü hücumlar təşkil edib. Bu addım hücumun ilkin mərhələsində İsrailin hava üstünlüyünü böyük ölçüdə təmin edib və İranın İsrailə dərhal cavab vermək qabiliyyətini əhəmiyyətli dərəcədə sarsıdıb”, - məlumatda qeyd edilib.
Aygün,
BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.