AZ

Tehran nüvə silahından imtina etməyə hazırdır | VİDEO

AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, İranın Xarici İşlər naziri Abba Əraqçi İsrailin İran ərazisinə hücumlarını dayandırması şərti ilə Tehranın İsrailə qarşı cavab addımlarını dayandırmağa hazır olduğunu bildirib.

“Yalnız qarşılıqlı öhdəliklərə əməl olunması və aqressiyadan əl çəkilməsi müqabilində deeskalasiya addımları atmaq mümkündür”,- İran XİN-in rəhbəri vurğulayıb.

İrana hücum bir neçə gün davam edə bilər | VİDEO
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə “Am Kelavi (Aslan kimi millət)” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəfə alıb.

Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl vəd 3” əməliyyatının başladığını elan edərək İsrailə raket zərbələri endirib. Tehran İsrailin hərbi infrastrukturuna, o cümlədən hava bazalarına və digər strateji obyektlərə irimiqyaslı zərbələr endirəcəyini vəd edib.

Bununla belə, İsrailin Fransadakı səfiri Coşua Zakra İrana qarşı hərbi əməliyyatın bir neçə gün davam edə biləcəyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp isə, Tehranın Amerika bazalarına hücum edəcəyi halda İranın indiyə qədər görmədiyisərt cavabla üzləşəcəyini bildirib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
12
azvision.az

1Mənbələr