AZ

Asiyaya yox, İngiltərəyə can atır

Viktor Osimhen “Əl-Hilal” ilə razılıq əldə edə bilməyib.

“Footmercato”nun xəbərinə görə, nigeriyalı hücumçu bu səbəbdən “Mançester Yunayted”lə danışıqları bərpa edib.

Tərəflər hazırda may ayında müzakirə olunan şərtlər üzərində danışırlar. 26 yaşlı oyunçunun illik maaşı 12 milyon avro, “Napoli”yə ödəniləcək təzminat isə 75 milyon avro təşkil edə bilər.

Viktor yenicə başa çatan mövsümdə icarə əsasında “Qalatasaray”da çıxış edib. O, komandanın heyətində 41 oyuna çıxaraq 37 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun “Napoli” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

Seçilən
22
1
football-plus.az

2Mənbələr