BAKI, TurkicWorld / AzerVoice - Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti
Bir Ramazan əl-Buti vardı. Alim idi. Ondan üzr istəyirəm. Bir zaman onu anlamadım. Axı mən cahil idim, o isə alim. Düşünürdüm ki, zalımın xidmətindədir, ona görə belə danışır. Amma əslində o, dərin biliyi, zəngin təcrübəsi və Allahın verdiyi bəsirətlə danışırdı.
Bir yol açıldı — Yaxın Şərqi oda boğan bir yol. Bu gün Yaxın Şərqdə dövlət siması daşıyan bir dövlət belə, demək olar ki, qalmayıb. Qan və qada hökm sürür. Bəzi yerlərdə müvəqqəti sakitlik müşahidə olunsa da, bu, çox kövrək əsaslara söykənir.
Ölkəmizin əmin-amanlıqda olmasını Uca Allahdan diləyirəm. Aramızda mövcud ola biləcək istənilən narazılığı və ya fikir ayrılığını yalnız oturub danışaraq, qarşılıqlı anlayışla həll etmək mümkündür. Suriya, İraq, Liviya kimi ölkələrin təcrübəsi ortadadır.
Allah ölkəmizi və xalqımızı qorusun.
Son vaxtlar bəzi hallarda düşüncəsiz, islamofob və populist millətçilərin meydana gəldiyini də görürük. Unutmamalıyıq ki, həm populist millətçilik, həm də islamofobiya — hər ikisi imperializmin əsgəridir. İmperializm isə istəyir ki, siz istehlakın, şəhvət və ehtirasın qulu olasınız. İman, əxlaq və qaydalar üzərində qurulan bir həyat yaşamayasınız.