İrandan Azərbaycana quru yolla keçən Qırğızıstan vətəndaşları Astara sərhəd-keçid məntəqəsində səmimi qarşılanıb.
Operativ Media xəbər verir ki, onlardan biri Azərbaycan sərhədçilərinə minnətdarlıq edərək göstərilən isti münasibəti xüsusi vurğulayıb.
“Əvvəlcə, bizi səmimi şəkildə qarşılayan Azərbaycan Respublikası Sərhəd Xidmətinə dərin təşəkkürümü bildirirəm. Qardaş münasibəti hiss olunurdu. Dövlət sərhədini keçdiyimiz andan etibarən dəstək və qayğı hiss etdik. Bu, bizi çox təsirləndirdi,” – deyə o bildirib.