AZ

İranın Şəhran neft anbarındakı yanğın nəzarət altına alınıb

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Türkmənistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq, 2 milyon 653 min 31 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Türkmənistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 87,1 faiz artaraq, 9 milyon 861 min 22 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 1 milyard 816 milyon 811 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 415 milyon 663 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 0,9 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 4 milyard 318 milyon 277 min dollar məbləğində sement ixrac edib.

Seçilən
22
turkic.world

1Mənbələr