Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir
Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.Metbuat.az xəbər verir ki, görülən müvafiq tədbirlər nəticəsində təxliyə edilənlərin sıraslnda yeddi nəfər diplomatik heyətin ailələri də var.
Ümumilikdə 28 Qırğızıstan Respublikasının vətəndaşı İrandan Azərbaycana gəlib.