AZ

Klublararası dünya çempionatı: Messinin komandası xal itirdi - VİDEO

İyunun 14-15-nə keçən gecə Mayamidə (ABŞ) futbol üzrə klublararası dünya çempionatına start verilib.

Bizim.Media xəbər verir ki, yarışın açılış matçı “Hard Rok” stadionunda keçirilib. A qrupunda yarışan “İnter Mayami” ilə “Əl-Əhli” (Misir) üz-üzə gəlib. Matç 0:0 hesablı qolsuz heç-heçə ilə başa çatıb.

Növbəti turda “İnter Mayami” “Portu” (Potuqaliya) ilə, “Əl-Əhli” isə “Palmeyras”la (Braziliya) qarşılaşacaq.

Bu gün çempionat daha iki oyunla davam etdiriləcək.

C qrupu

20:00. “Bavariya” (Almaniya) - “Oklend Siti” (Yeni Zelandiya)

B qrupu

23:00. PSJ (Fransa) - “Atletiko” (Madrid, İspaniya)

Qeyd edək ki, dünya çempionatı 32 klubun iştirakı ilə keçirilir. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

Turnirin final oyunu iyulun 13-də olacaq.



Bizim.Media

Seçilən
0
3
bizim.media

6Mənbələr