“Azərbaycan dövlətinə Qırğızıstan vətəndaşlarının Asatara sərhəd keçid məntəqəsindən evakuasiyasını təşkilində göstərdiyi dəstəyə və qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Qırğızıstan Respublikasının İrandakı səfirliyinin əməkdaşı Nazim Beyşekeyev deyib.
O deyib ki, sizə çox təşəkkür edirik:
“Gələcəkdə məhsuldar əməkdaşlıq edəcəyimizə ümid edirik. Evakuasiya yaxşı, təhlükəsiz keçdi biz dünən axşam yola çıxdıq 7-8 saata isə bu məntəqəyə çatdıq , bu marşrut bizim üçün təhlükəsiz idi, ümid edirik ki gələcək təxliyələrdə də bu marşrutdan istifadə edəcəyik, ümumilikdə səfirlik əməkdaşlarının ailələri də daxil olmaqla 28 nəfər hazırda təxliyə olunur, ikinci qrup isə daha yaxşı vaxtlarda sərhədi keçəcək”.