BAKI, 15 iyun. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin İranda həyata keçirdiyi hücumlara münasibət bildirib.
Teleqraf xəbər verir ki, o bu hücumların nəticəsində neftin qiymətinin artmasının Rusiyanın xeyrinə olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bahalaşma Rusiya Federasiyasının həm iqtisadi, həm də hərbi mövqeyini möhkəmləndirəcək:
"Rusiya neftdən əldə etdiyi gəlirlərlə hərbi imkanlarını artırır. Bu isə Ukraynanın döyüş meydanındakı imkanlarını birbaşa zəiflədir. Qərb ölkələrinin hələlik Rusiya neftinə yeni qiymət tavanı müəyyən etməməsi vəziyyəti daha da ağırlaşdırır".
Zelenski beynəlxalq ictimaiyyəti bu məsələyə qarşı daha çevik və qətiyyətli mövqe sərgiləməyə çağırıb.