İtaliya milli komandasının yeni baş məşqçisi Cennaro Qattuzo olacaq.

Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis vəzifəsindən ayrılan Luçano Spallettini əvəz edəcək.

Onun önündəki əsas hədəf İtaliyanı Dünya Çempionatına aparmaq olacaq.

Qattuzo son olaraq "Hayduk Split"i çalışdırıb. Onun komandası Xorvatiya çempionatında 3-cü yerdə başa vurub.

Qeyd edək ki, o, futbolçu kimi İtaliya yığması ilə 2006-cı ildə dünya çempionu olub. "Skuadra adzurra" bundan sonra növbəti 2 Dünya Çempionatında qrupdan çıxa bilməyib. Son 2 mundialda isə ümumiyyətlə iştirak edə bilməyib.