AZ

Premyer Liqa klubunun “radar”ındadır - “Fənərbaxça”nın yarımmüdafiəçisi

“Fənərbaxça”nın yarımmüdafiəçisi Fred “Everton”un transfer hədəfindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sözcü” nəşri məlumat yayıb.

“Everton” 32 yaşlı futbolçunun çıxışını yaxından izləyir. O, əvvəllər “Mançester Yunayted”in formasını geyinib və Premyer Liqa təcrübəsinə sahibdir.

Braziliyalı futbolçunun transferi yayda gerçəkləşə bilər. O, 2024/25 mövsümündə bütün turnirlər daxil olmaqla 45 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Fredin “Fənərbaxça” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

Seçilən
27
sportinfo.az

1Mənbələr