AZ

İranın hücumu: İsraildə partlayış yerində 35 nəfər itkin düşdü

İranın hücumundan sonra İsrailin mərkəzi hissəsindəki Bat Yam şəhərində baş verən partlayış yerində 35 nəfər itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Ynet” nəşri “Magen David adom” təcili tibbi yardım xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, Bat Yam və Rehovotda yaralıların sayı 137 nəfərə çatıb, onlardan 6-sı ağır, 19-u isə orta-ağır vəziyyətdədir.

“Magen David adom” bu rayonlarda İranın zərbələri nəticəsində iki qadın və bir uşağın həlak olduğunu bildirib.

Seçilən
11
1
axar.az

2Mənbələr