AZ

Usman Dembele əsas hədəfini açıqlayıb

PSJ-nin futbolçusu Usman Dembele karyerasının əsas hədəfindən bəhs edib.

İdman.biz xəbər verir ki, fransalı ulduz futboldakı əsas məqsədinin "Qızıl top"u qazanmaq olduğunu bildirib.

O, bu mükafatı istənilən oyunçu üçün "müqəddəs qüllə" adlandırıb. Dembele etiraf edib ki, uşaqlıqdan televiziyada mükafatlandırma mərasimlərinə baxaraq bunu arzulayıb: "Bir futbolçu kimi "Qızıl top"u qazanmaq, şübhəsiz ki, müqəddəs şeydir. Uşaqlıqda xəyal etdiyiniz şey budur. Mükafatı almaq üçün oyunçuların növbəyə düzülməsini izləmək inanılmaz idi".

Məşhur oyunçu əlavə edib ki, favoritlər arasında olmağın özü də böyük qələbədir.

Qeyd edək ki, yeni başa çatan mövsümdə Dembele 49 oyun keçirib və 48 qol vurub.

İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr