“İsrailin İrana qarşı əməliyyatının günlər deyil, həftələr çəkəcəyi gözlənilir. Ağ Ev və İsrail rəsmiləri bunun ABŞ-nin gizli razılığı ilə həyata keçirildiyini bildirir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu CNN yazıb.
İsrail rəsmisi CNN-ə bildirib ki, Tramp administrasiyası bir neçə həftəlik vaxt çərçivəsini xüsusi olaraq tənqid etməyib. Ağ Ev sözçüsü administrasiyanın İsrailin planlarından xəbərdar olduğunu və onları tam dəstəklədiyini bildirib.
Münaqişənin nə qədər davam edə biləcəyi ilə bağlı sualı cavablandıran rəsmi bildirib ki, bu, İranın cavabından asılıdır.
“Tramp administrasiyası qəti şəkildə inanır ki, məsələ ABŞ-la davamlı danışıqlar yolu ilə həll oluna bilər”,- deyən rəsmi ABŞ-nin “İsraili özünü müdafiə etməkdən başqa heç nəyə məcbur etmək niyyətində olmadığını” bildirib.