AZ

İtaliya millisində yeni baş məşqçi

style='margin-bottom:10px;'>

İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

QOL.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, bu vəzifə Cennaro Qattuzoya tapşırılacaq.

Yaxın günlərdə İtaliya Futbol Federasiyasının 47 yaşlı mütəxəssislə müqavilə bağlayacağı bildirilib. Qattuzo bu vəzifədə iyunun 9-da komandanı tərk edən Luçano Spalettini əvəzləyəcək.

Qeyd edək ki, 10 il (2000-2010) İtaliya millisində çıxış edən Qattuzo son olaraq "Hayduk"un baş məşqçisi olub.  Mütəxəssis bundan əvvəl “Marsel”, “Valensiya”, “Napoli”, “Milan”, “Milan U-19”, “Piza”, “OFI”, “Palermo” və “Sion”da çalışıb.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr