AZ

DTX-dan 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəsmi sosial şəbəkə hesablarında xüsusi hazırlanmış videoçarx yayımlayıb.

 

Sözügedən videoçarxda Azərbaycan xalqının 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin xilas edilməsi və sabitliyin bərqərar olması vurğulanır. Tarixi kadrlar, arxiv görüntüləri və musiqi müşayiəti ilə təqdim edilən çarx, Milli Qurtuluş Gününün ölkənin müasir inkişafındakı mühüm rolunu bir daha xatırladır.

 

DTX-nın paylaşımında, həmçinin müstəqil Azərbaycanın möhkəmləndirilməsi və təhlükəsizliyinin təmin olunmasında Milli Qurtuluş Gününün başlanğıc nöqtə olduğu mesajı diqqətə çatdırılır.

 

Qeyd edək ki, 15 İyun 1993-cü il, Azərbaycan tarixində dönüş nöqtəsi hesab olunur. Həmin gün Azərbaycan parlamentində Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı təsdiqlənmiş və bu hadisə ölkəni dərin siyasi böhrandan çıxararaq sabitlik və inkişaf yoluna yönəltmişdi.

 

Sfera.az sözügedən videoçarxı təqdim edir:
 

Seçilən
2
sfera.az

1Mənbələr