AZ

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"lə üz-üzə

Klublararası dünya çempionatında bu gün ilk turun növbəti oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, əvvəlcə Almaniya nəhəngi "Bayern Münhen"lə Yeni Zellandiyanın "Oklend Siti" komandaları üz-üzə gələcəklər.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ardınca Çempionlar Liqasının son qalibi PSJ ilə "Atletiko Madrid" münasibətlərinə aydınlıq gətirəcəklər. B qrupunun mərkəzi qarşılaşması saat 23:00-da start götürəcək.

Gecə daha iki oyun olacaq. Saat 02:00-da A qrupunda yer alan "Palmeyras" (Braziliya) ilə "Portu" (Portuqaliya), saat 06:00-da isə B qrupunun yarışan "Botafoqo" (Braziliya) və "Sietl Saunders" (ABŞ) qarşılaşacaqlar.

Seçilən
28
fanat.az

1Mənbələr