AZ

"Qalatasaray" Mark-Andre ter Ştegeni hədəfləyib

Bu yay Almaniya millisinin qolkiperi Mark-Andre ter Ştegenin karyerasında dəyişiklik ola bilər.

İdman.biz xəbər verir ki, "Barselona"nın rəhbərliyi bir sıra oyunçuların satışını nəzərdən keçirir və kapitan statusuna baxmayaraq, 33 yaşlı qapıçının da klubdan ayrılacağı istisna edilmir.

Ter Ştegen özü artıq bu şayiələrə münasibət bildirib və azı daha bir mövsüm Kataloniyada qalmağı planlaşdırdığını deyib. Lakin digər klublar da ona maraq göstərir. Xüsusilə "Qalatasaray" vəziyyətin inkişafını yaxından izləyir. "Sport" nəşrinin məlumatına görə, Türkiyə klubu artıq "Barselona" ilə danışıqlara başlayıb və ter Ştegenlə müqavilənin ləğvi imkanını müzakirə edir ki, onu kompensasiya ödəmədən transfer edə bilsin.

"Barselona" almaniyalı futbolçunun maaşında qənaət etmək üçün bu variantda maraqlı ola bilər, lakin qapıçının özü vaxtından əvvəl ayrılmağa hazır deyil. O, müqavilə müddətinin sonuna qədər klubda qalmaq niyyətindədir.

İdman.biz

Seçilən
10
2
idman.biz

3Mənbələr