AZ

Hindistanda helikopter qəzası nəticəsində altı zəvvar və pilot həlak olub

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Hindistanın şimalındakı Himalay dağlarında baş verən helikopter qəzası nəticəsində yeddi nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Rudraprayaq dairəsinin fövqəladə halların qarşısının alınması idarəsinin əməkdaşı Nandan Sinqh Radjvarın sözlərinə görə, həlak olanlar arasında altı zəvvar və pilot olub.

Onun bildirdiyinə görə, qəza Gaurikund meşələri üzərində, pis hava şəraiti və zəif görünmə şəraiti səbəbindən baş verib.

Helikopter səhər tezdən dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşən Kedarnath kəndindən havaya qalxıb. Qısa müddət sonra helikopter qəzaya uğrayıb və yanmağa başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
apa.az

1Mənbələr