AZ

Xalqsız xalq şairləri Günün şeiri

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün Xalq şairi Hüseyn Arifin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Xalqsız xalq şairləri" şeirini təqdim edir.

Bir həyat şairi var,

Bir də vaxt şairləri.

Eldən, gündən xəbərsiz

Saray, taxt şairləri.

Biri haqqa daş atar,

Biri kölgədə yatar,

Kim sevib, kim yaşadar

Bu bədbəxt şairləri.

Biri var, üzdəniraq

Haça dil, hazıryaraq.

Qapı, baca, künc, bucaq

Əl-ayaq şairləri.

Hüseyn Arif, nə xəbər

Nə qədərmiş nə qədər

Başsız başa keçənlər

Xalqsız xalq şairləri.

Adam yalan yazanda dinsiz olur

Rüstəm Behrudinin şeiri məşhur türk serialında

Emin Ağalarovun bir konsertdən nə qədər qazanır? - Prodüseri açıqladı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
kulis.az

2Mənbələr