AZ

Husilər Təl-Əvivdəki hərbi obyektləri "Fələstin-2" tipli raketlərlə vurub

BAKI, TurkicWorld

Yəməndəki “Ənsar Allah” (Husilər) hərəkatı İsrail Ordusunun Təl-Əvivdəki infrastrukturuna zərbələr endirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariə “Telegram” kanalında məlumat yayıb.

Məlumata əsasən, son sutka ərzində İsrail ərazisinə “Fələstin-2” tipli bir neçə hipersəs ballistik raketi atılıb. Verilən məlumata görə, raketlərin hamısı hədəfə dəyib və hücum İran Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Seçilən
5
turkic.world

1Mənbələr