AZ

İranın gecə İsrail ərazisini atəşə tutması nəticəsində 7 nəfər ölüb, yüzlərlə insan yaralanıb

İranın gecə saatlarında İsrail ərazisini atəşə tutması nəticəsində 7 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Bu barədə Oxuməni.az The Times of Israel və CNN-ə istinadən məlumat yayıb.

Magen David Adom (MDA) təşkilatının nümayəndəsi bildirib ki, İrandan gecə saatlarında atılan raket hücumları nəticəsində xəsarət alanların sayı 200-ə yaxındır. Ən çox şimal və mərkəzdəki üç şəhər, eləcə də paytaxt Təl-Əviv zərər çəkib.

Eyni zamanda, CNN İsrailin mərkəzi bölgələrində 100-dən çox yaralının olduğunu bildirir.

Bat Yam

Bu səhər İran raketinin binaya düşməsi nəticəsində 3 nəfər həlak olub: 80 yaşlı qadın, 69 yaşlı qadın və 10 yaşlı oğlan.

Xilasedicilər daha sonra dağıntılar altından 8 yaşlı qızın cəsədini çıxarıb, ölənlərin sayı 4-ə çatıb.

Bat Yam binasının vurulmasından sonra təxminən 35 nəfər hələ də itkin düşüb.

Xilasedicilərin məlumatına görə, İranın Bat Yam və Rehovot şəhərlərindəki hücumu nəticəsində 130-dan çox insan yaralanıb, o cümlədən ağır yaralananlar var. Xilasedicilər binanın uça biləcəyindən ehtiyat edərək itkin düşənləri çıxarmağa tələsir.

Tamra

İsrailin şimalındakı Tamra şəhərində raket zərbəsinin 4 qurbanı tapılıb.

Ölənlərin Manar Xətib və onun iki qızı, 20 yaşlı Hala və 13 yaşlı Şada, həmçinin Manar adlı başqa bir qohum olduğu müəyyən edilib.

Иранский

Rehovot

İranın raketi Rehovot şəhərində Veyzman Elm İnstitutuna məxsus binaya ziyan vurub.

Rehovotda raket zərbəsi endirilən yerdə dağıntılar altından canlı kişi tapılıb. Xilasedicilər onun azad edilməsi üçün çalışırlar.

Zərərçəkmiş sağdır və vəziyyəti qənaətbəxşdir.

İsrailin gecə atəşi

İyunun 15-nə keçən gecə İran İsrailin mərkəzi və şimal bölgələrini pilotsuz təyyarələr və ballistik raketlərlə atəşə tutub. Hücum nəticəsində ən çox ziyanı Bat Yam, Tamra və Rehovot şəhərləri alıb.

İyunun 14-ü şənbə günü axşam İran İsrailə ballistik raket zərbələri endirib. Hayfa şəhərinin rayonlarına ziyan dəyib.

İran ordusu üç yeni raketlə İsrailə hücum edib.

Əziz Mustafa

Seçilən
1
1
oxumeni.az

2Mənbələr