Sonuncu hücum zamanı İran İsrailə qarşı böyük dağıdıcı gücə malik döyüş başlıqlı raketlərdən istifadə edib.
Publika.az xəbər verir ki, barədə "Fars" agentliyi, vəziyyətə yaxın mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, raketlərin bəziləri yüksək partlayıcı başlıqlarla təchiz edilib.
Bəlli olub ki, hücumda “yer-yer” sinifli “Hac Qasım” ballistik raketindən istifadə edilib. Bu raket İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hazırlanıb.
“Hac Qasım” raketi taktiki silah hesab olunur, bərk yanacaqla işləyir və 1400 kilometrdən artıq məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.