AZ

Varlı-hallı klubda maliyyə çətinliyi yarandı, məşqçilər və futbolçular çıxıb getdi

I Liqada mücadilə edən və imkanlılardan sayılan «Baku Sportinq»də ciddi maliyyə böhranı yaranıb.

Çempionatda keçirdiyi ilk mövsümsdə uğursuz çıxışıyla yadda qalan Buzovna təmsilçisindən kütləvi qopmalar var.

Klub rəhbərliyinin büdcəni az qala iki dəfə aşağı çəkməsi məşqçi və futbolçuların düşərgəni tərk etməsinə səbəb olub. Elman Sultanov hələ getməyib, düzdür, ancaq baş məşqçi faktiki köməkçisiz qalıb.

Araz Qulamov və Toğrul Əhmədov onun korpusunu tərk etməli olub. Həmçinin 10-dan artıq oyunçu «limonadçılar»la müqaviləsini uzatmayıb.

Sultanov vəziyyətin 180 dərəcə dəyişməsindən narahatdır. Sadəcə, iki ayağını bir başmağa dirəyə, «yox, belə olmaz» deyə bilmir.

Aradakı münasibətlərə görə. Qəsəbə komandasının başbilənləri ona bu il çox dəstək verib.

Liqanın üçüncü dövrəsində olduqca pis nəticələr qazansa da, ona dəymədilər.

Doqquz turluq qələbəsizlik seriyasına, 28 xalla turnir cədvəlinin 8-ci pilləsinə yuvarlanmalarına, yalnız son turda çempionatda yerini qorumalarına rəğmən, baş məşqçiyə dəymədilər.

SPORTİNFO.AZ

Seçilən
21
sportinfo.az

1Mənbələr