Bakı. Trend:
İyunun 15-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisindəavtomat hidroloji stansiyalardan əldə edilən göstəricilərə görə,bəzi çaylarda sululuqda artım müşahidə olunub.
Trend xəbər verirki, bu barədə Milli Hidrometeorologiya xidməti məlumat yayıb.
Yağan intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindənaxan Talaçay çayında sel keçib.
Böyük Qafqaz bölgəsində yerləşən çaylardan:
Əyriçayda 69 sm,
Katexçayda 24 sm,
Qudiyalçayda 4 sm,
Kiçik Qafqaz bölgəsində isə:
Əsrikçayda 16 sm,
Zəyəmçayda 3 sm,
Quruçayda 5 sm,
Oxçuçay və Bərgüşadçayda isə 2 sm səviyyə artımı qeydəalınıb.
Transsərhəd çay olan Qanıx çayının Cəlayir məntəqəsində suyunsəviyyəsi 12 sm yüksəlib, su sərfi isə 132 m³/saniyə təşkil edirki, bu da normanın 78%-i deməkdir.