ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
İsrailin Tehrandakı neft rezervuarlarını vurması nəticəsində yanğın başlayıb. İran öz növbəsində Hayfadakı neft emalı zavadua zərbə endirib. İran əsasən ortamənzilli “Emad”, “Ghadr”, “Kheibar Shekan” ballistik raketlərindən istifadə edib. Bombardmanlar nəticəsində Rehavotdakı Vaysman İnstitutu zədələnib. İran pabliklərində yayılan məlumata görə, İsrail Tehranın Mehlati rayonunda İslam İnqilabının Keşikçiləri Korpusunun rəhbərlərindən birinin mənzilinə atəş açıb. Tehrana əsasən PUA-larla hücum edilib. İİKK-nin Kərəcdəki korpusuna da zərbə endirilib. “Al Jazeera”nin məlumatına görə, İsrail İranın ali dini rəhbəri Seyid Əli Xamneyini məhv etməyə çalışır. “Tasnim” agentliyi bildirir ki, İranın müdafi nazirliyinin binasına da atəş açılıb. Binanın korpuslarından biri zədələnib. Samir Quliyev
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.