Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Şuşa, 15 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər. Konfrans açılış mərasimindən sonra “Milli suverenlik, regional əməkdaşlıqvə qlobal təhlükəsizlik: yeni çağın siyasi paradiqmaları”, “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” və “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar” mövzularında panel sessiyalarla davam edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.