AZ

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

“Aureus Polo Team”in sahibi və Şahzadə Uilyamın dostu, hindistanlı milyarder Sandjay Kapur faciəli hadisə nəticəsində 53 yaşında dünyasını dəyişib.

Valyuta.az xəbər verir ki, "Mirror" nəşrinin yaydığı məlumata əsasən, Kapur iyunun 12-də İngiltərədə keçirilən polo matçı zamanı təsadüfən arı udub və dərhal yerə yıxılıb. 

Bildirilir ki, arı onun ağzının içini sancıb və bu, onun anafilaktik şoka düşməsinə səbəb olaraq ürək tutmasına gətirib çıxarıb.

"Johns Hopkins Medicine" tibbi qurumuna görə, anafilaksiya “bütün orqanizmə təsir edən qəfil, ağır və həyati təhlükə yaradan allergik reaksiyadır. Bu hal hava yollarının daralması ilə müşayiət olunur və nəfəs almaqda çətinlik yaradır. Ağır hallarda boğazda şişkinlik hava yolunu tamamilə bağlaya bilər”.

"The Telegraph" qəzetinin məlumatına görə, hadisə şahidləri Kapurun əvvəlcə “Nəsə udmuşam” dediyini eşidiblər.

Qeyd edək ki, Kapur atası tərəfindən təsis olunan avtomobil hissələri istehsalçısı "Sona Comstar" şirkətinin idarə heyətinin sədri və qeyri-icraçı direktoru idi.

Mayya Hüseynova 

Seçilən
9
valyuta.az

1Mənbələr