İsrail-İran müharibəsinin ikinci günü bölgədə gərginliyin daha da artmasına səbəb olub.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailin İrana qarşı 200 döyüş təyyarəsi ilə həyata keçirdiyi hücumlara cavab olaraq, İran 100-dən çox kamikadze PUA ilə hücum təşkil edib.
İsrail şəhərlərində sirenlər səslənib, əhali sığınacaqlara axın edib. Gecə saatlarında Təl-Əviv və Hayfa şəhərlərində partlayış səslərinin davam etdiyi bildirilib.
İran rəsmi gözdağı verdi
Müharibənin ikinci günündə İran Müdafiə Nazirliyi sosial şəbəkələr vasitəsilə yeni nəsil, yüksək dağıdıcı gücə malik raket sistemlərinin görüntülərini yayımlayıb. Bu addım beynəlxalq müşahidəçilər tərəfindən İsrailə açıq şəkildə verilmiş hərbi gözdağı kimi qiymətləndirilib.
Dünya nəfəsini tutub gözləyir
Gərginliyin yalnız iki ölkə ilə məhdudlaşmadığı aydındır. ABŞ, Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatı başda olmaqla bir çox beynəlxalq təşkilat tərəfləri təmkinli olmağa çağırıb. Qlobal media bölgədə baş verənləri anbaan izləyir, Yaxın Şərqdə yeni bir müharibənin başlanması ehtimalı artıq ciddi şəkildə gündəmdədir.
"Eə bir raket atacağıq ki..."
İranın cavab hücumları davam etdiyi bir vaxtda, İran İnqilab Keşikçiləri Korpusunun komandiri açıqlama verərək bunları deyib:
"Yaxında elə bir raket buraxacağıq ki, dünya gördükləri qarşısında şok yaşayacaq".
Qeyd: Rəsmi təsdiqlənməyən məlumatlara əsasən bölgədəki gərginliyin daha da artması ehtimal edilir. Tərəflər arasında vasitəçi ölkələrin və beynəlxalq qurumların müdaxiləsi gözlənilir.
Kənan
Milli.Az