AZ

"Fiorentina"nın yeni baş məşqçisi bəlli oldu

style='margin-bottom:10px;'>

“Əl-Nəsr”in baş məşqçisi Stefano Pioli yenidən İtaliyada çalışacaq.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, 59 yaşlı mütəxəssisin “Fiorentina” ilə 3 illik müqavilə imzalayacağını bildirib. Artıq tərəflər arasında şifahi razılıq əldə olunub. Qarşıdakı həftələrdə rəsmi addımlar atılacaq.

Piolinin rəhbərliyi altında "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə üçüncü yeri tutub. İtalyan mütəxəssis komandaya 2024-cü ilin sentyabrında başçılıq edir. Pioli əvvəllər İtaliyada "Bolonya", "Latsio", "İnter", "Fiorentina" və "Milan"da çalışıb.

Seçilən
16
teleqraf.com

1Mənbələr