AZ

Tramp: İran ABŞ-a hücum etsə, Silahlı Qüvvələrimizin bütün gücü ilə qarşılaşacaq

Əgər İran ABŞ-a hər hansı formada hücum edərsə, İran "indiyə qədər görünməmiş səviyyədə" Amerika Silahlı Qüvvələrinin bütün gücü ilə üz-üzə qalacaq.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "TruthSocial" hesabında yazıb.

Bununla yanaşı, Tramp qeyd edib ki, İran və İsrail arasında asanlıqla razılaşma əldə etmək və bu qanlı münaqişəyə son qoymaq mümkündür.

Seçilən
7
7
apa.az

9Mənbələr