"Səbail"in və Ukrayna yığmasının sabiq qapıçısı Aleksandr Rıbka oyunçu karyerasını başa vurub.
Sportinfo.azx əbər verir ki, təcrübəli qolkiper əlcəklərini 38 yaşında "mıxdan asıb".
Rıbka karyerasının parlaq dövrünü "Dinamo Kiyev" və "Şaxtyor"da keçirib. O, paytaxt komandasında 3 dəfə çempionluq və eyni sayda ölkə kuboku, Donetsk klubunda isə çempionluq və kubok əldə edib.
Qapıçı "Səbail"də 2019-cu il yanvarın 30-dan 2020-ci il avqustun 30-dək çıxış edib.
Tanınmış qolkiperin karyerasının daha parlaq alınmasına 2011-ci ilin sonlarında yaşadığı dopinq qalmaqalı mane olub. Həmin vaxt o, "Şaxtyor" və Ukrayna millisinin əsas qapıçısı idi.
Rıbkanın son komandası "Obolon" olub. Onun elə bu klubda qalaraq, məşqçilik karyerasına başlayacağı güman olunur.