AZ

Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verilib (FOTO)

Bakı.Trend:

Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Ağstafa–Bakıistiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazaxstansiyasına qədər uzadır.

Trend xəbər verir ki,əvvəllər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyətgöstərmiş qatar 8 saat 25 dəqiqəyə mənzil başına çatırdısa, artıqbu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.

Qatarlar hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yoladüşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başınaçatacaq. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və21:49-da çatacaq.

Qeyd edək ki, ilk qatar bu gün saat 08:00-da Bakı DəmiryolVağzalından yola düşüb.

Bakı-Qazax
Bakı-Qazax
Bakı-Qazax
Bakı-Qazax
Bakı-Qazax
Bakı-Qazax
Bakı-Qazax
Bakı-Qazax
Bakı-Qazax
Bakı-Qazax
Bakı-Qazax
Seçilən
15
9
az.trend.az

2Mənbələr