AZ

Kürdəmirin bərəkət günləri

İqtisadiyyatın mühüm sahələrindən olan aqrar sektor Kürdəmir rayonunda dirçəliş dövrünü yaşayır. Xüsusilə illərdir ki, əkinçilik sahəsində uğurlara imza atılır. Torpaq adamlarına, fermerlərə ölkə rəhbəri tərəfindən göstərilən qayğının nəticəsidir ki, aqrar sahədə dövlət dəstəyindən istifadə etməklə məhsul bolluğu yaradılır.

Kürdəmir rayonunda 2025-ci ilin məhsulu üçün 36 min 842 hektarda taxıl əkini aparılıb. Bundan 3 min 278 hektarı buğda, 33 min 564 hektarı arpa sahəsidir. İndiyədək 2 min 649 hektar arpa sahəsində biçin işləri aparılaraq 30,2 sentner olmaqla 7 min 998 ton məhsul istehsal edilib. Taxıl sahələrində biçin davam edir.

Rayonun qabaqcıl fermerlərindən biri də Qarasaqqal kəndində yaşayan Cümşüd Babayevdir. Fermerə məxsus təsərrüfat 2007-ci ildən taxıl toxumçuluğu üzrə ixtisaslaşıb. Müasir tələblərə cavab verən maddi-texniki baza yaradılıb. Təsərrüfatın 400 tonluq anbarı, taxıl kombaynı, traktorları və digər istehsal avadanlıqları var. Təsərrüfatda cari ilin məhsulu üçün 15 hektar arpa, 75 hektar buğda olaraq cəmi 90 hektar sahədə toxumluq taxıl əkini aparılıb. Səpin zamanı “Qarabağ 22” super elit və elit arpa sortundan, “Murov-2”, “Qobustan” buğda sortlarından istifadə edilib.

Arpa sahəsində biçin işləri yekunlaşmış hər hektardan 35 – 40 sentner məhsul əldə olunmuşdur. Buğda sahəsində biçin cari ayın 20 sinə planlaşdırılır. Sahədə 50 – 55 sentner məhsuldarlıq gözlənilir.

Yeni Şıxımlı kəndində yaşayan fermer Babək Məmmədov söhbət zamanı bildirdi ki, bu ilin məhsulu üçün 10 hektar sahədə taxıl əkini aparılıb, mineral gübrələrdən vaxtında istifadə edilib, suvarılıb, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri görülüb, bir neçə gündən sonra biçinə start veriləcəyi də qərara alınıb. Eyni zamanda, hər hektardan 30-35 sentner məhsul əldə ediləcəyi proqnozlaşdırılıb.

Karrar kəndində yaşayan fermer Nəriman Orucov isə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasından həvəslə danışdı. Ona yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi. 6 hektar sahədə taxıl əkini aparıldığını diqqətə çatdırdı. Üstəlik, əlavə etdi ki, bu il məhsul boldur. Hər hektardan 35 sentner məhsuldarlıq gözlənilir.

Rayonun qabaqcıl fermerlərindən biri də Qarasaqqal kəndində yaşayan Cümşüd Babayevdir. Fermerə məxsus təsərrüfat 2007-ci ildən toxumçuluq üzrə ixtisaslaşıb. Bu sahədə maddi-texniki baza yaradılıb. Təsərrüfatın 400 tonluq anbarı, taxıl kombaynı, traktorları və digər istehsal avadanlıqları var. Təsərrüfatda cari ilin məhsulu üçün 15 hektar arpa, 75 hektar buğda olaraq cəmi 90 hektar sahədə toxumluq taxıl əkini aparılırb. Fermer səpin vaxtı “Qarabağ-22” “Super elit” və “Elit” sortundan, eyni zamanda, “Murov-2”, “Qobustan” buğda sortlarından istifadə edib.

Arpa sahəsində biçin yekunlaşıb, hər hektardan 40 sentner məhsul əldə olunub. Buğda sahəsində isə biçin ayın 20-nə planlaşdırılıb. Sahələrdən 50-55 sentner məhsuldarlıq gözlənilir.

Ümumiyyətlə, Kürdəmirdə 36 min 842 hektar sahədə taxıl əkilib. Bundan 3 min 278 hektarı buğda, 33 min 564 hektarı isə arpa sahəsidir. İndiyədək 2 min 949 hektar arpa sahəsində biçin işləri aparılaraq 7 min 998 ton məhsul toplanılıb. Taxıl sahələrində biçin davam edir.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Seçilən
22
xalqqazeti.az

1Mənbələr