AZ

3 ölkə hava MƏKANINI yenidən bağladı

İsraillə İran arasındakı gərginlik fonunda hava məkanını bağlayıb  yenidən açan İordaniya qərarını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rəsmi “Petra” xəbər agentliyi yayıb. Bildirilir ki, ölkənin hava məkanı qeyri-müəyyən müddətə bütün növ hava gəmiləri üçün qapalıdır.

İyunun 14-də hava məkanlarını yenidən açdıqlarını elan edən Suriya və İraq da dünən axşam yeni İsrail-İran silahlı qarşıdurması fonunda hava məkanlarını yenidən bağlayıb.

Bu barədə adı çəkilən ölkələrin aviasiya qurumları məlumat yayıb.


Bizim.Media
 

Seçilən
23
5
bizim.media

6Mənbələr