BAKI, 15 iyun. TELEQRAF
İsrailin İrana qarşı hərbi əməliyyatı “günlərlə deyil, həftələrlə” davam edə bilər və ABŞ administrasiyasının sırf razılığı ilə həyata keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evdəki və İsrail hakimiyyətindəki mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası qapalı müzakirələr zamanı əməliyyatın gözlənilən müddətinə heç bir etiraz etməyib.
Ağ Evin sözçüsü təsdiq edib ki, Amerika tərəfi İsrailin planlarından xəbərdardır və onları üstüörtülü şəkildə dəstəkləyir.